Vyetnamda dəhşətli mənzərə: Çayda yüzminlərlə ölü balıq - FOTO/VİDEO

3-05-2024, 17:58           
Vyetnamda dəhşətli mənzərə: Çayda yüzminlərlə ölü balıq - FOTO/VİDEO
Vyetnamda sakinlər dəhşətli hadisənin şahidi olublar. Belə ki, Sonq May su anbarında yüzminlərlə balıq məhv olub.

Sosial şəbəkələrdə bununla bağlı qorxunc görüntülər paylaşılır. Bildirilir ki, təbii fəlakət Donq Nay əyalətində qeydə alınıb.

Ekspertlər hadisəyə səbəb kimi güclü isti və həftələrlə yağışın olmamasını göstəriblər.

Qeyd edək ki, aprel ayında Donq Nay əyalətində temperatur 40 dərəcəyə çatıb, bununla da 1998-ci ildə müəyyən edilmiş temperatur rekordunu qırıb.
Temperaturun artması qonşu Kambocaya da təsir edib. Orada aprelin 30-da termometrlər 43 dərəcəni göstərib. Bu səbəbdən ölkədə mayın 1-dən etibarən məktəblər bağlanılıb, həmçinin su çatışmazlığı halında məmurların gözləmə rejiminə keçməsi barədə göstəriş verilib.





Mənbə: “Svejesti” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru