“Apple” “Google”dan 20 milyard dollar alıb

3-05-2024, 15:23           
“Apple” “Google”dan 20 milyard dollar alıb
2022-ci ildə “Google” öz eyniadlı məhsulunu “iPhone”, “iPad” və “Mac”da Safari-də defolt axtarış sistemi etmək üçün “Apple”a 20 milyard dollar ödəyib.

Məlumata görə, ABŞ Ədliyyə Nazirliyi “Google”u internet axtarışında monopoliyada ittiham edib. İT nəhənginə qarşı iddia “Google”un Apple ilə sövdələşməsinə yönəlib. Keçən ilin noyabr ayında iş sənədlərində qeyd olunub ki, “Google” hər yenidən danışıqlarda “Safari” axtarış sistemindən əldə etdiyi gəlirin 36%-ni “Apple”a ödəyir. İndi məlum olub ki, sonuncu dəfə 2022-ci ildə əməliyyat məbləği 20 milyard dollar olub.
Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru