Azərbaycanın profilaktik peyvəndlər təqviminə əlavə edilən yeni vaksin məcburidir? - YENİLƏNİB + VİDEO

3-05-2024, 13:03           
Azərbaycanın profilaktik peyvəndlər təqviminə əlavə edilən yeni vaksin məcburidir? - YENİLƏNİB + VİDEO
Bəzi valideynlər hətta məcburi olan peyvəndlərin övladlarına vurulmasından imtina edirlər.

Nəzərə alsaq ki, profilaktik peyvəndlər təqvimi yenilənib və Heksavaksin bu sıraya əlavə olunub. Bu peyvəndin uşaqları hansı infeksiyalardan qoruduğunu bilmək çox önəmlidir, çünki beynəlxalq təcrübədə, peyvəndlənmənin nə qədər risklərin qarşısını aldığı hər kəsə məlumdur.

Yeni peyvəndin məcburi, yoxsa könüllü olması ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, valideynlər Heksavaksindən imtina edə bilərlər.

Həkim Adil Qeybulla qeyd edib ki, bu vaksin əvvəllər uşaqlara vurulan bir neçə vaksinin birləşməsidir:

“Təxminən altı adda infeksiyadan söhbət gedir. Tetanus, difiteriya, göy öskürək, hepatit B, poliomielit və influenza virusu əleyhinə vaksindir. Hesab edirəm ki, Dünya Səhiyyə Təşkilatı tərəfindən ən uyğun hesab edilən variantdır”.

Ətraflı Baku TV-nin süjetində:

09:38

Azərbaycan səhiyyə nazirinin müvafiq əmrinə əsasən, profilaktik peyvəndlər təqvimi yenilənib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təqvimə “GDT Hib Hep B İPV” (Heksavaksin) vaksini əlavə olunub.

Təqvim Avropa İttifaqının maliyyə dəstəyi isə Ümumdünya Səhiyyə Təşkilatının həyata keçirdiyi “Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində hazırlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru