Ucar sakini: “Həkim yoxdur, xəstəyə baxmırlar” - VİDEO

3-05-2024, 15:54           
Ucar sakini: “Həkim yoxdur, xəstəyə baxmırlar” - VİDEO
Ucar sakini rayon xəstəxanasından şikayətçidir.

Rayon sakini Samir Allahverdiyev beş aylıq qız nəvəsi Dərya Əlniyaz qızı Əhmədovaya xəstəxanada düzgün diaqnoz qoyulmadığını bildirib.

Onun sözlərinə görə, uşağı Ucar Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Lakin bir neçə gün xəstəxanada müalicə aldıqdan sonra xəstəni Bakıdakı xəstəxanalardan birinə göndəriblər. Həmin xəstəxanada isə Dəryanın düzgün müalicə edilmədiyi məlum olub.

Vətəndaş bildirib ki, uşağı həkimə aparmaq üçün güclə pul tapıb, Bakı və Ucarda aparılan müalicələr isə bir nəticə verməyib.
Ucar uşaq xəstəxanasının həkimi Səidə Ələkbərovanın sözlərinə görə, 18 aprel tarixində Dərya Əlniyaz qızı Əhmədova xəstəxanaya daxil olub.

Bir neçə gündən sonra, valideynləri imtina ərizəsi yazaraq azyaşlının Bakı şəhərində müalicə olunmasını istəyiblər.

Uşağın yaxınları bildirib ki, Dərya Əhmədovaya Mingəçevirdə fəaliyyət göstərən özəl xəstəxanada kəskin respirator virus infeksiyası diaqnozu qoyulub. Hazırda körpənin müalicəsi evdə davam etdirilir və vəziyyəti qənaətbəxşdir.

Daha ətraflı APA TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru