Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
3-05-2024, 10:14
Rusiya Ermənistan Baş naziri Nikol Paşinyanın gələn həftə Moskvada keçiriləcək tədbirlərdə iştirak etməməsini təhqir kimi qəbul edəcək və müvafiq tədbirlər görəcək.
TEREF Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Nəşr xatırladır ki, mayın 7-də Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi, 8-də Ermənistanın sədrlik etdiyi Avrasiya İqtisadi Birliyinin (AİB) yubiley sammiti, 9-da isə Qələbə paradı olacaq:
“Paşinyan Qərbin tələbilə andiçmə mərasiminə getməyəcək, yalnız mayın 8-də AİB-in sessiyasına qatılacaq, 9-da Qələbə Paradında iştirak etmədən İrəvana qayıdacaq.
Moskvadakı mənbələrimiz bildirir ki, Rusiya artıq Ermənistana xəbərdarlıq edib. Yəni belə bir münasibət olarsa, Rusiya və müttəfiqləri AİB-in sammitində Ermənistana qarşı iqtisadi sanksiyaların tətbiqi ilə bağlı qərar qəbul edəcək. Hətta Yuxarı Larsın (Rusiya-Gürcüstan-Ermənistan yolu) bağlanmasının elan ediləcəyi istisna edilmir. Ermənistandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı da dayandırıla bilər.
AİB-nin sanksiyalar kompleksi var, bu, lazım gələrsə, nəinki təşkilat üzvləri, hətta xarici ölkələrə də şamil oluna bilər. Paşinyanın bu addımı bu sanksiyaların bütün paketinin Ermənistana tətbiq edilməsi təhdidini ehtiva edir”.
Nəşr hesab edir ki, sanksiyalar kənd təsərrüfatı məhsullarını ərəb ölkələrinə satmağa çalışan Ermənistana ciddi ziyan vuracaq:
“Avropanın Ermənistanın kənd təsərrüfatı və ərzaq məhsullarını qəbul etmək arzusu yoxdur, çünki Avropa standartlarına uyğun deyil”.