“Ukrayna yenidən Rusiya ilə birləşəcək” – Medvedçuk

3-05-2024, 09:58           
“Ukrayna yenidən Rusiya ilə birləşəcək” – Medvedçuk
2022-ci ilin sentyabrında Türkiyənin vasitəçiliyi ilə məhbus mübadiləsi nəticəsində sərbəst buraxılan Ukrayna Prezident Aparatının rusiyayönümlü keçmiş rəhbəri Viktor Volodimiroviç Medvedçuk Ukraynanın qarşıdakı illərdə Rusiya ilə birləşəcəyini iddia edib.

O, bildirib ki, ABŞ Polşa, Almaniya və Fransa kimi ölkələrdən insanları bu müharibəyə cəlb etməyə çalışır:“Artıq sirr deyil ki, Amerikanın müdafiə sektoru yüz minlərlə ukraynalının ölümündən faydalanıb və NATO-nun Avropadan pul çıxarmaq kimi bir imkanı yaranıb. Onlar Baltikyanı ölkələrin vətəndaşlarını, polyakları, almanları, fransızları müharibəyə cəlb etməyə çalışırlar. Bunun önünü açırlar, çünki ukraynalılar tükənir və onların ölümlərini Amerikanın qazancına çevirmək planı yeni qurbanlar gözləyir”.

“Kollektiv Qərb müxaliflərə qarşı zorakılıq və qətlləri adi siyasi proses kimi həyata keçirir. ABŞ İtaliya faşizminin “Dostlarım üçün hər şey, düşmənlərim üçün qanun” prinsipini yenidən gündəmə gətirib. Kollektiv Qərb öz siyasətində bu nasist prinsipindən fəal şəkildə istifadə edir. Ukraynalıların öz müqəddəratını təyinetmə hüququ əsasında reinteqrasiya prosesi başlayıb və on il ərzində həyata keçiriləcək. Ukraynalılar qaçılmaz olaraq Rusiya ilə birləşəcəklər”,-deyə o əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.