2019-cu ildə dünyanın ən çox səyahət edilən yerləri
17-12-2019, 04:07
2019-cu ildə dünyanın ən məşhur səyahət edilən yerlərinin siyahısı açıqlanıb.
Trend-in məlumatına görə, siyahı sözü gedən məkanların ziyarəti üçün bronlaşdırılmış biletlərə dair məlumatların analizi nəticəsində müəyyənləşdirilib.
Roma Kolizeyi artıq ikinci ildir ki siyahının lideridir. Qladiator arenasına ekskursiya turistlərin İtaliya paytaxtına səyahəti zamanı proqramın vacib hissəsidir.
İkinci yerdə Luvr qərarlaşıb. Bu muzeydə Leonardo da Vinçinin "Mona Liza" və digər müxtəlif əsrlərə aid rəsm əsərləri və kolleksiyalar nümayiş etdirilir.
Vatikanın muzeyləri üçüncü yeri tutur. Burada turistlər sənət əsərlərini seyr etməkdən əlavə Roma Papasını həftəlik audiensiya zamanı görə bilərlər.
Dördüncü sırada Nyu Yorkdakı Azadlıq Heykəli və nəhayət ilk beşliyin sonunda Parisdəki Eyfel qülləsi yer alıblar.
Onluğa, həmçinin Barselonadakı Müqəddəs Ailə kilsəsi, ABŞ-ın Yeni Orlean ştatındakı Fransız Kvartalı, Amsterdamdakı Anna Frankın evi, Qərb yarımkürəsinin ən hündür binasında yerləşən "Skydeck Chicago" görüntü meydançası və Venesiyanın San-Marko meydanı daxil olublar.