İlon Mask 2050-ci ilə qədər Marsa milyon insan göndərəcək

19-01-2020, 09:08           
İlon Mask 2050-ci ilə qədər Marsa milyon insan göndərəcək
“SpaceX”in banisi İlon Mask Marsa 2050-ci ilə milyon insan göndərmək planlarından danışıb.

“Report” xəbər verir ki, bu barədə “Business Insider” bildirib.

Qeyd edilir ki, hazırda “SpaceX”in inşa etdiyi uzunmüddətli istifadə üçün nəzərdə tutulan “Dragon Crew” hava gəmisi Marsın müstəmləkələşdirməsi üzrə geniş miqyaslı planın hissəsidir.

Maskın planlarına Marsa XXI əsrin ortalarına qədər gündə üç hava gəmisi göndərmək daxildir.

Onun fikrincə, hazırlıq kosmosa səyahətləri hamı üçün əlçatan edəcək.

Güman edilir ki, “Dragon Crew” və “Starship” gəmiləri eyni zamanda 100 insan və 100 tona qədər yük qəbul etmək imkanına malik olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru