Koronavirusla bağlı şad xəbər: Bir gündə 2500 xəstə sağalıb

5-03-2020, 10:54           
Koronavirusla bağlı şad xəbər: Bir gündə 2500 xəstə sağalıb
Son 24 saat ərzində dünya üzrə koronavirusa yoluxanlardan 2587 nəfər sağalmağı bacarıb.

Ümumilikdə COVID-19 virusundan sağalanların sayı 53 min 277 nəfər təşkil edir.

Son məlumata əsasən, dünya üzrə koronavirus epidemiyasına 95 min 415 nəfər yoluxub. Bu rəqəmin 80 min 409-u Çinin payına düşür.

Koronavirus 2902 nəfəri Çində olmaqla, ümumilikdə 3285 nəfərin həyatına son qoyub.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. (BAKU.WS)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.