Cari ilin yanvar–avqust aylarında Azərbaycana 81 milyon 943,61 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal olunub.
Ötən ilin eyni dövründə bu göstərici 77 milyon 961,43 min dollar təşkil edib. Müqayisədə idxalın dəyəri 3 milyon 982,18 min dollar və ya 5,1% artıb.
Qeyd edək ki, cari ilin ilk 8 ayında tütün və tütün məmulatlarının ümumi idxaldakı payı 0,54% olub. Ötən ilin müvafiq dövründə isə bu göstərici 0,61% idi. Beləliklə, ümumi idxaldakı pay azalsa da, idxal üçün xərclənən vəsait artıb.