Tramp yenə Çin və Avropa İttifaqını gömrük rüsumları artırmaqla hədələdi
6-06-2020, 11:01
ABŞ perezidenti Donald Tramp amerikan mənşəli xərçənglər üzərində gömrük vergisini azaltmayacağı təqdirdə Avropa İttifaqını və Çini daha çox gömrük vergisi ilə hədələyib.
Avropa.info xəbər verir ki, o bu sözləri Men ştatında dəniz məhsulları istehsalçıları ilə görüşdə deyib.
"Aİ bu vergiləri aşağı salmazsa, biz də vəziyyəti tarazlaşdıracaq formada Aİ-dən gələn avtomobillərə gömrük rüsumu tətbiq edərik. Çin amerikan xərçənglərini əhatə edən gömrük vergisini azaltmazsa, bu ölkədən gələn məhsullara yeni gömrük rüsumları tətbiq edərik" - Tramp deyib.