Şahzadə Uilyam xərçəng diaqnozu qoyulan Keyt Middltonun vəziyyətindən danışdı

2-05-2024, 16:44           
Şahzadə Uilyam xərçəng diaqnozu qoyulan Keyt Middltonun vəziyyətindən danışdı
Şahzadə Uilyam xərçəng diaqnozu qoyulan həyat yoldaşı Keyt Middltonun vəziyyəti ilə bağlı açıqlama verib.

“Low Carbon Materials” şirkətinin ofisini ziyarət edən Şahzadə Uilyam əməkdaşların müvafiq sualını cavablandırıb.

Uilyam Keyt Middltonun vəziyyətinin yaxşı olduğunu və ailənin bu xəstəliklə mübarizə apara bildiyini deyib.

“Hər şey yaxşıdır, çox sağ olun. Biz bunun öhdəsindən gəlirik”, - deyə o bildirib.
Qeyd edək ki, Keyt Middltonda qarın boşluğu əməliyyatı zamanı yoğun bağırsaq xərçəngi aşkarlanıb və hazırda kimyaterapiya alır. Müalicəsi zamanı Keyt Norfolk qraflığındakı bağ malikanəsinə köçüb.

Mənbə: NEWS.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru