Çin Ayda gələcək bazasını göstərdi: Qəribə bir məqam hər kəsin diqqətini çəkdi - VİDEO

2-05-2024, 16:14           
Çin Ayda gələcək bazasını göstərdi: Qəribə bir məqam hər kəsin diqqətini çəkdi - VİDEO
Çin Ayda gələcək bazasını nümayiş etdirib.

Videoda Çinin Aya bir neçə missiyasını, o cümlədən Ay qaya nümunələrinin toplanması və Yerə qaytarılmasını, Çinin eniş aparatını, lunoxod və orbitə çıxan peyk əməliyyatları əks olunub.

Ancaq kadrlarda heyrətamiz bir məqam izləyənlərin nəzərindən yayınmayıb: Arxa planda buraxılış meydançasından NASA-nın kosmik gəmisi havaya qalxır.

Qeyd edək ki, bu şattl hazırda istismardan çıxarılıb. Eyni zamanda, NASA-nın Çin kosmik agentliyi ilə əməkdaşlıq etməsi qadağandır.
Qeyd edək ki, Ayda planlaşdırılıan Çin bazası Beynəlxalq Elmi Ay Stansiyası adlanır. Çin Ay bazasının tikintisinə başqa ölkələri də cəlb etmək niyyətindədir. Hazırda bu layihəyə Azərbaycan, Rusiya, Venesuela, Pakistan, Belarus, Cənubi Afrika Respublikası, Misir, Tailand və Nikaraqua qoşulub.

Mənbə: Focus.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru