“Formula-1”in ən yaxşı avtomobilinin yaradıcısı “Red Bull”u tərk etdi

2-05-2024, 16:34           
“Formula-1”in ən yaxşı avtomobilinin yaradıcısı “Red Bull”u tərk etdi
Hazırkı Konstruktorlar Çempionatının qalibi “Red Bull” ən uğurlu “Formula-1” bolidini yaradan texniki direktor Edrian Nyuinin vaxtından əvvəl getdiyini rəsmən təsdiqləyib.

Komandanın saytında verilən məlumata görə, Nyui 2025-ci ilin birinci rübündə postunu tərk edəcək.

Texniki direktor işindən ayrılana qədər “Red Bull”un ilk hiperkarı “RB17”nin son hazırlanmasına diqqət yetirəcək.
Xatırladaq ki, Nyui 2006-cı ildən “Red Bull”dadır və 2023-cü ildə 22 yarışdan 21-də qalib gələn “RB19” da daxil olmaqla komandanın bütün yeddi çempionat avtomobilini konsepsiyalarının müəllifi olub.

Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru