Amerikalı ekspertlər Pxenyanı ifşa etdi - VİDEO
13-01-2016, 09:42
Ballistik raketin atıldığı barədə Şimali Koreyanın dərc etdiyi görüntülər saxtadır.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu qənaətə amerikalı ekspertlər gəliblər.
Şimali Koreya yanvarın 9-də sualtı qayıqdan ballistik raketin ehtimal olunan yeni sınaq buraxılışının videoçəkilişini yayıb. Bundan 3 gün əvvəl isə Pxenyan hidrogen bombasının müvəffəqiyyətlə sınaqdan keçirildiyini açıqlayıb.
Amerika ekspertlərin gəldiyi nəticəyə görə, bir neçə kadrın analizi göstərir ki, Pxenyan köhnə videokadrları redaktə edib. Konkret dəlillər göstərilmədən əvvəl Cənubi Koreyada videonun həqiqiliyinə şübhə edirdi. Şimali Koreyanın dərc etdiyi görüntüləri Kaliforniyada Midlberi İnstitutunun tərkibində fəaliyyət göstərən Ceyms Martin Mərkəzinin ekspertləri təhlil ediblər.
Mərkəzin böyük elmi işçisi Melissa Xanemin sözlərinə görə, Pxenyan raketin işə salınması üçün lazımı effekti yaratmaq üçün müxtəlif rakurslar və redaktə metodlarından istifadə edib. “Əgər bu kadrları bir-birinin ardınca gözdən keçirsək, görmək olar ki, eyni hadisə göstərilir”, - analitik mərkəzin əməkdaşı bildirib.
[media=https://www.youtube.com/watch?v=0fDHy9qjBkk]