İran ABŞ-nin hücumunu TƏSDİQLƏDİ

22-06-2025, 09:36           
İran ABŞ-nin hücumunu TƏSDİQLƏDİ
“ABŞ Hərbi Hava Qüvvələri Fordo və Natanz məntəqələrinə hücum edib”.
Bu haqda İran rəsmiləri “The New York Times”a bildiriblər.
Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Amerika lideri bunu ABŞ, İsrail və dünya üçün “tarixi an” adlandırıb və Tehranı bu müharibəni dayandırmağa razılaşmağa çağırıb.

Mənbə: www.bakupost.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru