Braziliyada faciə: 8 nəfər havada yanaraq öldü

Bu gün, 00:11           
Braziliyada faciə:
Braziliya səmasında baş verən dəhşətli qəzada hava şarının alovlanması nəticəsində 8 nəfər həyatını itirib.

"Haber Global" xəbər verir ki, Braziliyanın Santa-Katarina ştatının Praya-Qrande şəhərində baş verən faciəvi hadisədə içərisində 22 nəfərin olduğu hava şarı qəfildən havada alışaraq yerə çırpılıb.

Hadisə yerinə dərhal çox sayda xilasedicilər göndərilib. Ştat qubernatoru Jorjinyo Mello sosial media hesabından indiyə qədər 8 nəfərin həyatını itirdiyini, 2 nəfərin isə xilas edildiyini açıqlayıb.

Qubernator digər sərnişinlərin axtarışlarının davam etdiyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.