Mahir Emreli Almaniya klubu ilə ANLAŞDI

22-06-2025, 11:14           
Mahir Emreli Almaniya klubu ilə ANLAŞDI
Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Almaniyanın "Kayzerslautern" klubunda davam etdirəcək.

Referans xəbər verir ki, bu barədə "Sky Sport"un jurnalisti Florian Plettenberq X hesabında paylaşım edib.

Onun sözlərinə görə, 28 yaşlı hücumçunun transferi, demək olar ki, tamamlanıb. Təcrübəli forvard yaxın günlərdə tibbi müayinədən keçəcək. Daha sonra isə 2-ci Bundesliqa təmsilçisi ilə 3 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu "Nürnberq"də keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru