Şərq qadını savadsızdır, Qərb qadını ağıllı! -

22-06-2025, 10:58           
Şərq qadını savadsızdır, Qərb qadını ağıllı! -
Abşeronun Aşağı Güzdək qəsəbəsində baş verən qalmaqallı hadisə – 16 yaşlı qızın məscid axundu tərəfindən qaçırılması ölkədə böyük rezonansa səbəb olub. Sosial şəbəkələrdə mövzu ilə bağlı sərt reaksiyalar səngimir.
Bakupost.az xəbər verir ki, bu qalmaqallı olayla bağlı tanınmış müğənni Nadir Qafarzadə də münasibət bildirib.
O, sosial media şərhində hadisəni Şərq cəmiyyətində qadın mövqeyinin zəifliyi və savadsızlıqla əlaqələndirib:
“Şərq qadını, qaynar qan... Bunların hamısı savadsızlıqdan irəli gəlir! Qərb qadını isə savadlı və ağıllı olduğuna görə daha düzgün addım atır”.
Nadir Qafarzadənin bu fikirləri birmənalı qarşılanmayıb.
Xatırladaq ki, məscid axundu tərəfindən azyaşlı qızın qaçırılması faktı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Hadisənin dini məkanla bağlı olması isə məsələni daha da həssas edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru