ABŞ Quamda B-2 strateji bombardmançılarını yerləşdirir

22-06-2025, 12:34           
ABŞ Quamda B-2 strateji bombardmançılarını yerləşdirir
ABŞ-nin altı B-2 gizli bombardmançı təyyarəsi bu gün axşam saatlarında Missuri ştatındakı Uaytmen Hərbi Hava Qüvvələri bazasından İsrail və İran arasında münaqişə fonunda Sakit okeanın Quam adasındakı ABŞ Hərbi Hava Qüvvələri bazasına qalxıb.

“Report” xəbər verir ki, bu barədə N12 telekanalı məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramına zərbə endirmək imkanlarını araşdırır. Onun şənbə günü məsələni nəzərdən keçirmək üçün milli təhlükəsizlik komandası ilə daha bir görüş keçirəcəyi gözlənilir.

B-2 bombardmançı təyyarəsi yerin dərinliklərində yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulmuş ABŞ GBU-57 hava bombası ilə təchiz oluna bilər. Mütəxəssislərin fikrincə, bu mərmi təxminən 90 metr dərinlikdə yerləşən Fordodakı nüvə obyektini vurmaq üçün istifadə edilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru