B-2 tipli görünməz bombardmançı təyyarələr Missuridəki ABŞ hərbi bazasını tərk edib

22-06-2025, 11:18           
B-2 tipli görünməz bombardmançı təyyarələr Missuridəki ABŞ hərbi bazasını tərk edib
Görünməz (radarda izlənilməyən) bombardmançı təyyarələrin ABŞ-ın Missuri ştatındakı Whiteman hava qüvvələri bazasını tərk etdiyi bildirilir. (bu İranın dövlət başçısı Peseşkian mübahisəli atom proqramının dayandırılmasını qətiyyətlə rədd etdikdən sonraya təsadüf edilir).
“Wall Street Journal” və “Washington Post” qəzetlərinin hökumət rəsmiləri və uçuş izləmə xidmətlərinə istinadla verdiyi məlumata görə, B-2 tipli bu təyyarələrin bir neçəsi Sakit okean üzərindən qərbə doğru yola düşüb.
“Washington Post”un yazdığına görə, hökumət nümayəndələri bildiriblər ki, hazırda hücuma hazırlıqla bağlı heç bir rəsmi əmr verilməyib.
ABŞ prezidenti Donald Tramp cümə axşamı bildirib ki, ABŞ-ın İsraillə İran arasında gedən müharibəyə hərbi müdaxilə edib-etməməsi ilə bağlı qərarını qarşıdakı iki həftə ərzində verəcək.
Hazırda yalnız ABŞ ordusu B-2 tipli görünməz bombardmançı təyyarələrə malikdir. Bu təyyarələr bir neçə ton ağırlığında olan və “bunker qıran” adlandırılan bombanı daşıyıb atmaq qabiliyyətinə malik yeganə vasitədir. Mütəxəssislərin fikrincə, İranın Fordo şəhərindəki yeraltı uran zənginləşdirmə obyektini məhv etmək yalnız bu silahla mümkündür.
Sarvan Səmədoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru