CNN-in verdiyi məlumata görə, Tramp artıq İrana qarşı bombardman qərarını verib.
Bu gün, 07:46

İki həftəlik möhlətlə bağlı səsləndirilən bəyanatlar isə əslində Tehranı çaşdırmaq və zərbəyə hazırlıqları ört-basdır etmək məqsədi daşıyan dezinformasiya kampaniyasının bir hissəsidir. Bombardmanlar istənilən anda başlaya bilər. B‑2 Spirit strateji bombardmançıları hazırda Hind okeanındakı hərbi bazaya doğru yoldadır. Bu təyyarələr yeraltı obyektləri məhv edə bilən xüsusi bombalarla(GBU-57) təchiz oluna bilər.
Son günlər ərzində ABŞ SQ-ndə aşağıdaki yerdəyişmələr həyata keçirilir:
- ABŞ Hərbi Dəniz Qüvvələri USS Gerald R. Ford və USS Nimitz bölgəyə yaxın sulara yaxınlaşıb.
- ABŞ Hərbi Hava Qüvvələri son günlərdə bölgəyə onlarla F-16, F-22, F-35 qırıcıları və yanacaq doldurma təyyarələri göndərib.
- B-2 Spirit strateji bombardmançıları Missuri ştatındakı "Whiteman" bazasından havaya qalxıb və hazırda Sakit okean üzərindən Quama və Hind okeanındakı Dieqo-Qarsiya bazasına doğru uçurlar. Bu, İranın nüvə və yeraltı obyektlərinə zərbə endirməyə hazırlıq ola bilər.
- "Paul Ignatius" esminesi və "Mount Whitney" komanda gəmisi Aralıq dənizinə yerləşdirilib.
- Hazırda Yaxın Şərqdə 45000-60000 ABŞ hərbçisi var. Qətər, Küveyt, BƏƏ və İraqdakı bazalarda PUA-lara və raket hücumlarına qarşı gücləndirilmiş HHM sistemləri yerləşdirilib.
Bundan əlavə bu gün FOX-da ABŞ-ın İranı bombardman etməsi barədə geniş təhlil xarakterli verilişlər göstərilirdi.
Bütün amillər və hadisələr onu göstərir ki, ABŞ İranın bombardmanına başlayacaq. Təbii ki, Trampın son anda geriyə addım atması da istisna olunmur, amma indiki məqamda baş verən bütün hadisələr onu göstərir ki, ABŞ hərbi əməliyyatlara qoşulacaq.
Kamran Cəfərov
TEREF