Dələduzluqda ittiham olunan tanınmış tarixçi Ramil Xəyrutdinov vəfat etdi

22-06-2025, 10:54           
Dələduzluqda ittiham olunan tanınmış tarixçi Ramil Xəyrutdinov vəfat etdi
Tatarıstan Respublikası Elmlər Akademiyasının Xalıqov adına Arxeologiya İnstitutu Kazan Federal Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun sabiq direktoru, dələduzluq və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan tanınmış tarixçi Ramil Xəyrutdinovun vəfat etdiyini açıqlayıb.

32gun.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Xalıqov adına Arxeologiya İnstitutu dərin hüznlə bildirir ki, 62 yaşında görkəmli tarixçi Ramil Raviloviç Xəyrutdinov dünyasını dəyişib”, – deyə institutun yaydığı açıqlamada qeyd olunub.

İnstitut mərhumun ailəsinə, həmkarlarına və tələbələrinə başsağlığı verib və Xəyrutdinovun adının onun elmi əsərləri və abidələrin qorunması sahəsindəki xidmətləri ilə yadda qalacağını vurğulayıb.

Yerli KİV-in məlumatına görə, bir ildən artıq müddətdə həbsdə olan Xəyrutdinovun səhhətində problem yaranıb və o, Kazanın şəhər xəstəxanalarından birinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, bu ilin aprel ayında da büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı cinayət işi çərçivəsində Pskov Dövlət Universitetinin rektoru Natalya İlyina saxlanılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru