Dünyada xammalın qiyməti endi - Şəkər, taxıl, qəhvə, pambıq UCUZLAŞDI

13-01-2016, 22:44           
Dünyada xammalın qiyməti endi - Şəkər, taxıl, qəhvə, pambıq UCUZLAŞDI
Dünya fond birjalarında əsas xammal indekslərinin dəyər itirməsi 1991-ci ildən bəri ən kəskin ucuzlaşma ilə nəticələnib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Nyu-York birjasında neftin 1 barelinin 30,63 dollara qədər ucuzlaşmasından sonra 22 əsas xammal üzrə fyuçerslər aparan Bloomberg Commodities İndex 1,5% geriləyib.

Məlumata görə, neftin ardınca beynəlxalq birjalarda 1 funt mis (1 kiloqram- 2,2 funtdu) 2 dollara, taxıl 1 buşelə görə (27,2 kiloqram) 3,5 dollara, pambıq 1 buşelə görə 479 dollara, kofe 1 funta görə 114 dollara, gümüş 1 unsiyaya görə 13 dollara, qızıl 1 unsiyaya görə 1,082 dollara, şəkər 1 tona görə 413 dollara, qarğıdalı 1 buşelə görə 356 dollara düşüb.

“Bloomberg” agentliyinin məlumatına görə, dünya iqtisadiyyatının ləng inkişafı, bazarda izafi xammal resursu yaradıb və alternativ investisiya kimi cəlbediciliyini azaldıb. Çin fond birjasındakı həyəcan da buna öz təsirini göstərib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.