“Ukrayna elitası rus dünyasını seçir” - Saakaşvili

13-01-2016, 22:48           
“Ukrayna elitası rus dünyasını seçir” - Saakaşvili
Ukraynadakı siyasi elitanın böyük bir qismi özünü rus dünyası anlayışının tərəfdarı hesab edir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Odessa qubernatoru Mixail Saakaşvili söyləyib. Onun sözlərinə görə, Ukraynanın siyasi elitası ictimaiyyətin yerinə qərar qəbul edir:

“Rus dünyası tərəfdarı olmaları onların evlərindən də görünür. Yalnız rusiyapərəst siyasətçilər özlərinə böyük evlər tikdirirlər. Ona görə də bizim məmurların xarici polislərlə daimi problemləri yaranır. Siyasi elita yeni oyun qaydaları yaradıb və bu oyunda ictimaiyyətin maraqlarını təmin etməyib. Onun yerinə hər şey artıq öz aralarında bölüşdürülüb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.