Bu ölkədə rüşvətə görə gömrük idarəsi ləğv edildi

14-01-2016, 00:50           
Bu ölkədə rüşvətə görə gömrük idarəsi ləğv edildi
Bolqarıstan höküməti ölkədə gömrük idarələrindən birini ləğv edib.
Məlumata görə, buna səbəb kimi idarə əməkdaşlarının adının rüşvətxorluqda hallanmasıdır. Hökumət əməkdaşların rüşvət almasınına maneə ola bilmədikləri üçün dövlət orqanını bağlayıblar.
Bağlanan Svilengrad Bölgə Gömrük İdarəsininin tərkibində olan Kapitan Andreevo keçid məntəqəsi Türkiyə ilə sərhədə yerləşir.
Üç gömrük qapısından ibarət olan Kapitan Andreevo məntqəsi Buzgaz Bölgə Gömrüyünün tabeliyinə verilib.
Ötən ilin sonunda keçid məntəqəsinə və idarəyə 100-ə yaxın nəzarət kamerası quraşdırılıb. Buna baxmayaraq hökümət qanunsuz əməllərin qarşısını ala bilməyib. Hətta keçid nəzarətçiləri kameralar quraşdırıldığı üçün etiraz ediblər. Daha sonra onlar yoxlamaları yavaş – yavaş aparmaqla məntəqədə sıxlıq yaranıb.


Kapitan Andreevo Gömrük Keçid Məntəqəsində tıxac

İdarə bağlandıqdan sonra hökumətin apardığı araşdırmalar nəticəsində qanusuz əməllər törədən 33 məntəqə işçisi həbs edilib. Əməliyyalar nəticəsində külli miqdarda pul ələ keçirilib.


Bu Bolqarıstanın keçid mətnəqələrində baş verən ilk rüşvət qalmaqlı deyir. Bundan əvvəldə ölkənin Türkiyə ilə Hamzabəyli Sərhəd Keçid məntəqəsində rüşvət əməliyyatı keçirilmişdi. 100 -ə yaxın məmurun evində axtarışlar aparılıb./anspress/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.