Aslan Masxadovun arvadı Çeçenistana döndü - FOTO

14-01-2016, 13:13           
Aslan Masxadovun arvadı Çeçenistana döndü - FOTO
Aslan Masxadovun dul arvadı Kusama Masxadova Çeçenistana qayıdıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu barədə xəbəri Ramzan Kadırov yayıb. Onun sözlərinə görə, K. Masxadova Rusiya Federasiyasının pasportunu alıb və evinə dönüb: “Mənə deyiləndə ki, Kusama bərk xəstədir və evinə dönmək istəyir, mən ona pasport verilməsinə nail oldum. Kusama heç bir şeydə günahı olmayan sadəcə qadındır".
Qeyd edək ki, Kusama uzun müddətdir vətənindən uzaqda olub. Onun əri, Çeçenistan prezidenti Aslan Masxadov 2005-ci ildə öldürülüb. Onun ailəsi müxtəlif vaxtlarda Malaziya, Türkiyə və Azərbaycanda yaşayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.