Azərbaycan diplomatının Ukraynada 50 milyon dollarlıq investisiyası
14-01-2016, 16:12
Ukraynanın Sumsk vlayətinin administrasiyası azərbaycanlı investorlarla Romensk rayonna soya emalı zavodunun açılmasına dair razılıq əldə edildiyini açıqlayıb.
Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, zavodun illik emal gücü 220-250 min ton olacaq və 22 milyon dollar investisiya hesabına başa gələcək. Bu haqda vilayət administrasiyasının rəhbəri Nikolay Kolçko bildirib.
“Bundan əlavə, keçmiş Veliko-Jovtnevo şəkər zavounun bazasında 2016-cı il ərzində alternativ yanacaq növləri, xüsusən bioetanol isehsal edən zavodun 1-ci növbəsinin işə salınması planlaşdırılır. Bu müəssisəyə 30 milyon dollar investisiyanın yatırılacağını gözləyirik”-administrasiya rəhbəri deyib.
N.Kolçko əlavə edib ki, investisiya layihələri haqda əminliklə danışır, çünki konkret razılaşma və fəaliyyət var. Onun sözlərin görə, soya emalı zavodunda ilkin mərhələdə 200-ə yaxın işçi işləyəcək.
Administrasiya rəhbəri investorlar haqda əlavə məlumat verməyib. Ancaq Ukraynanın dövlət Reyestrində yer alan məlumatlara görə Sumsk vilayətindəki “Jovtnevo şəkər zavodu” ASC-nin səhmlərinin yarısı Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanova, qalan yarısı Sumsk vilayətindən olan iş adamı Gennadi Volskiyə məxsusdur. Volskinin səhmləri isə bundan əvvəl Azərbaycan vətəndaşı Vasif Tağıyevə məxsus olub. Ə.Salmanovla V.Tağıyev həmçinin “Uk.Az.-Drujba” ASC-nin təsisçiləridir, həmin ASC-yə Volski rəhbərlik edib. Hazırda bu ASC-nin sahibi Roman Roqovdur.
Əfqan Salmanov 2014-cü ilin iyun ayında Azərbaycanın Xarkovdakı fəxri konsulu təyin olunub. Ukraynanın şərqində tanınmış iş adamıdır.