İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Suriyadakı qüvvələrinin komandirlərindən olan general Səid Səyyah Tahiri öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş qərargahına aid “defapress.ir” saytında yerləşdirilən xəbərdə deyilir.
Onun nə vaxt və Suriyanın hansı bölgəsində öldürüldüyünə dair məlumat verilməyib. İranlı generalın 1980-88-ci illərdə baş verən İran-İraq müharibəsinin komandirlərindən biri olduğu bildirilir.