Dünyadakı neft-qaz şirkətləri qara qızılın qiymətinin düşməsi ucbatından 380 milyard dəyərində olan 68 layihəni dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Faynənşl Tayms” qəzeti yayıb. Qəzet şirkətlərin daha çox hasilat və geoloji kəşfiyyat işlərini dayandırdığını bildirib. Hasilatın dayandırıldığı yataqların ehtiyatları 27 milyard barrel səviyyəsində olub. Bu layihələrin böyük qismi gələn on illiyə qədər təxirə salınıb.
Qeyd edək ki, 2014-cü ilin iyunundan bu yana şirkətlər tərəfindən dayandırılan yeni neft-qaz layihələrinin dəyəri 180 milyard dollar olub.