“Türkiyənin haranı vuracağını bilmək istəyirik” - ABŞ
15-01-2016, 11:45
ABŞ Türkiyənin keçirdiyi əməliyyatlar barədə öncədən məlumatlandırılmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Stiv Varren deyib.
Polkovnikin sözlərinə görə, Türkiyənin İŞİD-ə qarşı tank və toplarla keçirdiyi əməliyyatlar barədə Vaşinqtona məlumat verilməyib:
“Türkiyənin çox təsirli top atışları keçirdiyini gördük. Bölgədə keçirilən əməliyyatla bağlı koordinasiyanı möhkəmləndirmək üçün birlikdə çalışırıq. Bu hücum öz bəhrəsini verdi. Amma yenə də koordinasiya etmək lazımdır. Tam olaraq haranı vuracaqlarını öncədən bilmək istəyirik”.