Rusiyada təqaüdçülər ayağa qalxdı - Aksiya

16-01-2016, 00:37           
Rusiyada təqaüdçülər ayağa qalxdı - Aksiya
Rusiyanın Krasnodar şəhərində etiraz aksiyası keçirilib.

Axar.az xəbər verir ki, təqaüdçülər yaşlı insanlar üçün nəzərdə tutulmuş sərnişindaşımada güzəştli qanunun ləğvinə etiraz ediblər.


Krasnodar meriyası qarşısında toplaşan təqaüdçülər əvvəlki qanunun bərpasını tələb ediblər.

Krasnodar meriyasının nümayəndəsi Andrey Alekseyenko etirazçıların yanına gedərək tələblərin sabahdan etibarən yerinə yetiriləcəyini bildirib.

Rəsmi məlumatda aksiyada 300, qeyri-rəsmi məlumatda isə min etirazçının iştirak etdiyi qeyd edilib.

Qeyd edək ki, bu ilin 1 yanvarından etibarən təqaüdçülər üçün sərnişindaşımada nəzərdə tutulan güzəşt ləğv edilmişdi. Dəyişiklikdən öncə təqaüdçülər sərnişindaşımadan istifadə üçün 420 rubl deyil, 200 rubl ödəməli olurdular.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.