"Bir neçə il bundan öncə mən prezident olanda, Gürcüstandan keçməklə Ukrayna və Çini birləşdirəcək dəmiryol xətti təşəbbüsünü göstərmişdim. O zaman hamı mənə deyirdi ki, bu marşrutun heç bir perspektivi yoxdur, Avropadan malların axını Rusiya vasitəsi ilə həyata keçiriləcək və.s. Lakin zaman yetişdi, marşrut xətti açıldı və Putinin kabusu başlanıldı"
Faktxeber.com-un məlumatına görə bu sözləri Gürcüstanın keçmiş prezidenti və hazırda Ukraynanın Odessa əyalətinin qubernatoru Mixail Saakaşvili deyib.
Onun sözlərinə görə, “İpək yolu” vasitəsilə gələn yüklər Ukrayna ərazisindən keçib Çinə gedəcək.
Qeyd edək ki, Çin və Avropa arasında nəqliyyat dəhlizini təmin edəcək infrastruktur layihəsi olan “İpək yolu”nun qollarından biri Rusiya ərazisindən keçir.