Saakaşvilinin erməni düşməni rüşvətxor elan edildi
17-01-2016, 07:32
Ukraynanın Daxili İşlər naziri Arsen Avakov öz korrupsioner fəaliyyəti ilə rəhbərlik etdiyi qurumun adına xələl gətirir.
Axar.az Ukraina-112-ə istinadən xəbər verir ki, bu sözləri Lüstrasiya İctimai Komitəsinin rəhbəri Aleksandra Drik deyib.
Onun sözlərinə görə, Avakov Ukraynanın Maydan hadisələrinin araşdırılmasına və lüstrasiya haqqında qanunun icrasına mane olur:
“Hər kəs xatırlayır ki, ictimai fəallar yeni yaranan Ukrayna polisinin rəis müavini Vasili Paskalın işdən uzaqlaşdırılmasını tələb edirdilər. Hər kəsin yaxşı yadındadır ki, Avakov necə ictimaiyyətin və deputatların Paskalın qovulması ilə bağlı tələbini rədd etdi”.
Xatırladaq ki, Arsen Avakov ötən günlərdə əgər lazım gələrsə, istefaya gedəcəyini açıqlamışdı. Milliyyətcə erməni olan Avakov Odessa qubernatoru Saakaşvili ilə ən ciddi rəqabətdə olan şəxs sayılır. Saakaşvili onu dəfələrlə korrupsiyada ittiham edib.