Neft 28 dollardan da aşağı düşdü - İran bazarı çökdürdü
18-01-2016, 13:53
İrana qarşı sanksiyaların ləğvindən sonra yanvarın 18-də dünya bazarında nefin qiyməti kəskin azalıb.
Fins.az-ın məlumatına görə, ucuzlaşmanın səbəbi dünya bazarında neft bolluğunun yaranması barədə məlumatların yayılması olub.
Nəticədə London birjasındakı hərraclarda Brent markalı neftin qiyməti 28 dollardan da aşağı düşərək 27,72 dollar olub. Bu ötən həftənin sonnudakı axırıncı qiymətdən 1,5 dollar azdır.
"Bloomberg" agentliyinin mütəxəssisləri bildirir ki, dünya bazarına İran tərəfindən əlavə neftin çıxarılması qiymətləri 25 dollara qədər endirə bilər. Xatırladaq ki, İranın neft bazarına daxil olması xəbərləri neft-qaz ixracı ilə məşğul olan ərəb ölkələrinin birjalarını da çökdürmüşdü.