Prezident öz səlahiyyət müddətinin azaldılmasını istəyir
19-01-2016, 09:22
Seneqal lideri Maki Sall prezidentlik müddətinin azaldılmasını istəyir.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Sall bu müddətin 7 ildən 5 ilə endirilməsini təklif edib.
Bu dəyişikliyin təsdiqi üçün Seneqalda referundum keçiriləcək. Yeni qaydalar bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə də qadağa qoyacaq.
Prezident bildirib ki, bu yolla ölkədə demokratiyanı möhkəmləndirmək istəyir.
Maraqlıdır ki, son vaxtlar bir neçə Afrika ölkəsi Maki Sallın əksinə olaraq, ölkələrində prezidentlik müddətinin uzadılması və bu postda daha çox qalmaları üçün konstitusion dəyişikliklərə gediblər.