Məşhur Amerika bankı neftin qiymətinin 25 dollar olacağını açıqladı

19-01-2016, 11:40           
Məşhur Amerika bankı neftin qiymətinin 25 dollar olacağını açıqladı
Amerikanın məşhur JPMorgan Chase bankı qəfildən neftin qiyməti barədə proqnozlarını kəskin şəkildə aşağı salıb. Bu qiymətləndirməyə əsasən Brent markalı neftin qiyməti cari ilin ikinci kvartalında 25 dollar olacaq. Bankın analitiklərinin fikrincə isə, sözügedən marakalı neftin ümumilikdə qiyməti təxminən 31.50 dollar civarında olacaq.

FaktXəbər-in "The Wall Street Journal"a istinadən məlumatına görə, bu proqnoz bir qədər əvvəl verilən proqnoza görə çox aşağıdır. Belə ki, əvvəlki proqnozda illik orta qiymət 51.50 dollar təqdim edilmişdi. Bankın mütəxəssislərinin qəfildən belə qərar verməsinə səbəb kimi İranın neft bazarına daxil olması göstərilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.