Sülhməramlılar uşaqları zorladı (VİDEO)

30-04-2015, 10:11           
Sülhməramlılar uşaqları zorladı (VİDEO)
Fransa prokurorluğu Mərkəzi Afrika respublikasında (MAR) sülhməramlı missiyasını həyata keçirən əsgərlər barədə zorlama ittihamı ilə araşdırmalara başlayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin ədliyyə nazirliyinin nümayəndəsi xəbər verib.

Hərbiçilərərə MAR-da yetkinlik yaşına çatmayanların zorlaması ittihamı irəli sürülə bilər.

Mümkün cinayət barədə məlumat BMT-nin işçi hesabatında yer alıb. Belə ki, ötən il bu barədə sənədləri təşkilatın nümayəndələrindən biri Paris prokurorluğuna və insan haqları müdafiəçilərinə təqdim edib və məsələ KİV-ə sızıb. Hazırda BMT bu barədə özü istintaq aparır.

Öz növbəsində Fransa hərbi qurumu da bildirib ki, əsgərlərin günahı sübuta yetirilərsə onları ən ağır sanksiyalar gözləyir.

Qeyd edək ki, Fransa hərbiçiləri MAR-da sülhməramlı missiya yerinə yetirib. Onlar müsəlman və xristian silahlı qruplaşmaları arasında toqquşmaların qarşısını almaq üçün bölgədədirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.