Azərbaycanda sərvət dəyərində satılan bitki - VİDEO

3-04-2025, 16:46           
Azərbaycanda sərvət dəyərində satılan bitki - VİDEO
Artıq yaz fəsli başlayıb. Buna görə də, insanlar həyətlərində yeni gül-çiçəklər, ağaclar əkməyə başlayıblar. Təbii ki, bu da satışda olan bitkilərə tələbatın artmasına səbəb olub.

Bəs qiymətlər necədir? Ən bahalı bitki alıcılara neçəyə təklif edilir?

Satıcılar deyirlər ki, qiymətlər ağacların yaşına və tarixinə görə dəyişir. Azərbaycanın bitki bazarında hətta 100 min manat civarında təklif edilən ağaclar da var.

"Qiymətlər, eyni zamanda, bitkinin formasına, onun gözəlliyinə, gəldiyi ölkəyə görə də dəyişir. Təbii ki, yerli istehsal olanlar özünü hələ ki Türkiyədən, İtaliyadan gələnlər qədər doğrultmayıb. Yerli istehsal olan bitkilərin qiymətləri münasibdir. Əgər yerli şam ağacı 40 manata təklif olunursa, xarici məhsulun qiyməti 70-150 manat arasında dəyişir", - deyə satıcı bildirib. (baku tv)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru