FHN-in yeraltı su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi ilə bağlı səlahiyyəti ləğv edilib

3-04-2025, 17:34           
FHN-in yeraltı su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi ilə bağlı səlahiyyəti ləğv edilib
FHN-in yeraltı su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi ilə bağlı səlahiyyəti ləğv edilib
Nazirlər Kabineti 15 oktyabr 1998-ci il tarixli “Su qanunvericiliyi ilə bağlı bəzi qaydaların təsdiq edilməsi haqqında” qərarı ilə təsdiq edilmiş “Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra yeraltı su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi Baş sxemini, hövzə və ərazi sxemlərini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “Azərenerji” Səhmdar Cəmiyyətinin iştirakı ilə hazırlayacaq.

İndiyə qədər bu işi ETSN Fövqəladə Hallar Nazirliyi (FHN), “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” və “Azərenerji” ASC-lərin iştirakı ilə hazırlayırdı.

Bundan başqa, ADSEA ETSN və “Azərenerji” Səhmdar Cəmiyyəti ilə razılaşdırmaqla su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi hövzə sxemlərini təsdiq edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru