CƏNAB NAZİR... BU NƏDİ BELƏ: Məktəbdə təmir başlayıb, AMMA... - daha sonra 4,6 milyonluq tender elan olunub

4-04-2025, 00:01           
CƏNAB NAZİR... BU NƏDİ BELƏ: Məktəbdə təmir başlayıb, AMMA... -
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu gün – 3 aprel tarixində tender müsabiqəsi elan edib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsi Sumqayıt şəhər 21 nömrəli 1 176 şagird yerlik məktəbin əsaslı təmiri işlərinin satınalınması ilə bağlıdır.
Qeyd edək ki, müsabiqənin ehtimal olunan qiyməti 4 milyon 616 min 473 manat 88 qəpik təşkil edir.
Məlumat üçün onu da qeyd edək ki, təxminən 2 ay əvvəl – 10 fevral tarixində Elm və Təhsil Nazirliyinin rəsmi mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzetində yayımlanan xəbərdə Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbin binasında əsaslı təmir işlərinin davam etdirildiyi yazılıb. Məlumatda bildirilib ki, bu barədə məlumat “Azərbaycan müəllimi” qəzetinə Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru