Ukrayna PUA-ları rusların 3 kompleksini məhv etdi

3-04-2025, 15:27           
Ukrayna PUA-ları rusların 3 kompleksini məhv etdi
Donetsk istiqamətində PUA qüvvələri rus işğalçıların ümumi dəyəri təxminən 50 milyon dollar olan üç zenit-raket kompleksini məhv edib.

TEREF xəbər verir ki, bu barədə Ukraynanın "Xortitsa" operativ-strateji qoşun qruplaşması məlumat yayıb.

Hərbçilərin sözlərinə görə, Pilotsuz Uçuş Aparatları Qüvvələrinin 14-cü BpAK alayının operatorları iki həftə ərzində düşmənin üç hava hücumundan müdafiə sistemini aşkarlayaraq məhv ediblər. Qeyd olunur ki, bunlar modifikasiyası dəqiqləşdirilməmiş iki "Buk" və bir "Tor" zenit-raket kompleksidir.

"Bu komplekslər düşmənin hava hücumundan müdafiəsinin mühüm elementləridir və onların ümumi dəyəri təxminən 50 milyon dollar təşkil edir. Məhv edilməsi üçün hədəfin tutulması və avtomatik yönləndirilmə sistemi ilə təchiz olunmuş zərbə dronlarından istifadə edilib", - deyə məlumatda bildirilib.

Axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru