Qusarda məktəb direktoru Dair Məcidov kafedə sərxoş halda dava saldı FOTO

4-04-2025, 00:10           
Qusarda məktəb direktoru Dair Məcidov kafedə sərxoş halda dava saldı FOTO
Qusar rayonunun Cibir kənd tam orta məktəbinin direktoru Dair Məcidov kafedə dava salıb.

TEREF Teleqraf.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.

O, tanışı ilə birlikdə Qusar şəhərində yerləşən kafelərdən birində yemək yeyib, spirtli içki qəbul edib. Daha sonra tərəflər arasında mübahisə yaranıb. Mübahisə sonradan davaya çevrilib.

Hadisə yerinə Qusar Rayon Polis Şöbəsinin əməkdaşları gəliblər. Məktəb direktoru və tanışı saxlanılıblar.

Davada iştirak edən şəxs Dair Məcidovun onu söyüb təhqir etdiyini və vurduğunu bildirib.

Hadisə ilə bağlı İnzibati Xətalar Məcəlləsinə əsasən, protokol tərtib olunub və Qusar Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə inzibati xəta haqqında işə xitam verilib və direktor D.Məcidov sərbəst buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru