Azərbaycan nominal ÜDM-nə görə MDB-də 5-ci olub

3-04-2025, 16:44           
Azərbaycan nominal ÜDM-nə görə MDB-də 5-ci olub
2024-cü ilin yekunlarına görə, Azərbaycan ümumi daxili məhsulun (ÜDM) nominal dəyərinə görə MDB ölkələri arasında 5-ci yeri tutub.

MDB-nin Dövlətlərarası Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən il Azərbaycanın nominal ÜDM-i 74,315 milyard ABŞ dolları dəyərində olub ki, bu da əvvəlki illə müqayisədə 4,1 % artım deməkdir.

Azərbaycan MDB ölkələri arasında nominal ÜDM-nə görə Ermənistan, Qırğızıstan, Tacikistan və Moldovanı qabaqlayıb.

Ötən il MDB-də nominal ÜDM göstəricisinə görə ilk beşliyə Rusiya – 2,16 milyard ABŞ dolları (+4,1 %), Qazaxıstan – 288,112 milyard ABŞ dolları (+4,8 %), Özbəkistan – 114,9 milyard ABŞ dolları (+6,5 %) və Belarus – 79,09 milyard ABŞ dolları (+4 %) daxil olub.

Azərbaycanı xeyli fərqlə Ermənistan 25,8 milyard ABŞ dolları nominal ÜDM həcmi ilə (+5,9 %), Qırğızıstan – 17,2 milyard ABŞ dolları (+9 %), Tacikistan – 13,7 milyard ABŞ dolları (+8,4 %) və Moldova – 12,9 milyard ABŞ dolları (+0,6 %) izləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru