İranda koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

4-12-2020, 00:00           
İranda koronavirusa yoluxanların sayı 1 milyonu ötdü
Son 24 saat ərzində İranda 13 min 922 nəfər koronavirusa yoluxub, 358 nəfər isə həyatını itirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında verib.

Bildirib ki, bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 1,3 milyona, yoluxaraq ölənlərin sayı isə 49 min 348-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 6 minə yaxın xəstənin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 699 min 315 xəstə isə sağalaraq evə buraxılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.