Bayden İrana qarşı iqtisadi təzyiqləri yumşaltmağı planlaşdırır

8-02-2021, 00:05           
Bayden İrana qarşı iqtisadi təzyiqləri yumşaltmağı planlaşdırır
ABŞ prezidenti Cozef Baydenin administrasiyası İran iqtisadiyyatına aid bəzi məhdudlaşdırıcı tədbirləri saxlamaqla ölkəyə iqtisadi təzyiqi azaltmaq ehtimalını nəzərdən keçirir.

TASS agentliyinin verdiyi məlumata görə, ABŞ administrasiyası Tehrana Beynəlxalq Valyuta Fondundan borc verilməsi və İranın koronavirus pandemiyası fonunda humanitar yardım almasına mane olan sanksiyaların yumşaldılmasının mümkünlüyünü müzakirə edir.

Mütəxəsisslər bu tədbirlərin ABŞ-ın Donald Trampın prezidentliyi dövrü olan 2018-ci ildə Vaşinqtonun tərk etdiyi İranın “nüvə sazişinə” (Birgə Hərtərəfli Fəaliyyət Planı) qayıtması istiqamətində addım olduğunu düşünür.(Trend)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru