İrandan Rusiyaya “körfəz” notası... - Nə üçün burada “fars” kəlməsi yoxdur

8-02-2021, 16:15           
İrandan Rusiyaya “körfəz” notası... -
İran İslam Respublikası Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, buna əsas səbəb Rusiya xarici siyasət idarəsinə bağlı bir qurumun tvitter səhifəsində İran körfəzinin “Ərəb körfəzi” olaraq adlandırılmaıs olub.

İran XİN-in rəsmi nümayəndəsi Səid Hatibzadə rəsmi Moskvaya təpki verdikləri barədə xəbərləri doğrulayıb. Onun sözlərinə görə, bununla bağlı diplomatik etiraz Rusiyadakı səfirlik vasitəsilə qarşı tərəfə çatdırılıb.

“Kommersant” qəzetinin yazıdğına görə, beynəlxalq qalmqala Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun İraqın Moskvadakı səfiri Əbdürrəhman Hüseyni ilə söhbəti ilə bağlı gedən xəbərdə “Ərəb körfəsi ölkəsi” sözünün keçməsi səbəbindən yaranıb.

Qeyd etmək lazımdır ki, İran körfəz ölkələri içində Birləşmiş Millətlər Təşkilatının da tövsiyə etdiyi addan (əslində bir çox dillərdə bu “Halic-e-Fars” (rəsmi İran), ingilislərdə“Persian Gulf”, rusça“Персидский залив” və s. kimi göstərilir. Azərbaycan isə rəsmi olaraq “İran körfəzi” adından istifadə edir.-red.). 1960-cı illərdən başlayaraq bölgədə hakim olan ərəb ölkələri onu öz isimlərinə uyğun dəyişdiriblər. İran isə hətta coğrafi məkanın sadəcə “körfəz” olaraq adlandırlmasına qarşı çıxır və buraya mütləq “fars” kəlməsinin artırılmasında israr edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.