Erməniləri daha böyük bədbəxtlik gözləyir - Liparidyan

8-02-2021, 19:54           
Erməniləri daha böyük bədbəxtlik gözləyir - Liparidyan
Düşüncə və siyasətlərində vacib korrektələr aparmaq, əlimizdə olanı saxlamaq haqda fikirləşmək yerinə “uzaqgörənlərimiz” öz keçmişlərinin müdafiəsinin qayğısına qalmaq və çatışmazlıqlara haqq qazandırmaqla məşğuldurlar. Onlar hər şeydən çox öz fantaziyalarına önəm verirlər.

Axar.az xəbər verir ki, bunu Ermənistan prezidentin keçmiş müşaviri Jirayr Liparidyan deyib.

“Ermənistanı və “dağlıq qarabağ”ı (keçmiş və qondarma “dqr” nəzərdə tutulur – red.) gözləyən mümkün bədbəxtliklərin siyahısı hələ tükənməyib. Əgər bu “uzaqgörənlər”in məntiqi yaşasa, bu məğlubiyyət bizim düşüncələrimizdə və siyasətimizdə dominantlıq edəcək. Biz yəqin ki, daha böyük bədbəxtliklərin şahidi olacağıq. Bu anda onlar yenə də özlərindən və öz mentalitetlərindən başqa hər kəsi və hər şeyi bir daha ittiham edəcəklər”, – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru