Rusiya daha bir ölkənin diplomatını geri göndərir

8-02-2021, 23:38           
Rusiya daha bir ölkənin diplomatını geri göndərir
Rusiya Albaniyanın Moskvadakı səfirinin birinci katibi Yonidu Droqunu "persona- non-qrata" elan edib.

Sfera.az xəbər verir ki, səfir Arben Qazioniyə göndərlmiş notaya əsasən Droqu Rusiyanı 72 saat ərzində tərk etməlidir.

Rusiya XİN-in məlumatına görə, belə bir addım Rusiyanın Tiranadakı səfirinin birinci katibinin "tamamilə uydurma bəhanə ilə" ölkədən çıxarılmasına cavab olaraq atılıb.

"Albaniya tərəfinin hərəkətlərini ölkədə seçkiqabağı kampaniya şəraitində Qərbdəki anti-Rusiya qüvvələrindən xal qazanmaq və dəstək almaq məqsədilə təxribat kimi qiymətləndiririk. Qarşılıqlı əlaqələrdə bu cür uyğunsuzluq təəssüf doğurur", - deyə Rusiya XİN-in məlumatında qeyd edilir.

Xatırladaq ki, ötən ay rusiyalı diplomat Aleksey Krivoşeyev ölkədə karantin rejimi qaydalarını pozduğu əsas gətirilərək "persona-non-qrata" elan edilmişdi və ölkəni tərk etməsi üçün ona 72 saat vaxt verilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru