İran Körfəzdə 100 gəmi, 200 PUA yerləşdirir

9-02-2021, 22:03           
İran Körfəzdə 100 gəmi, 200 PUA yerləşdirir
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələrinin sərəncamına 340 hərbi kater verilib.

Axar.az xəbər verir ki, Bəndər-Abbas liman şəhərində keçirilən təqdimat mərasimində İran ordusunun baş qərargah rəisi, general Məhəmməd Baqeri, SEPAH-ın baş komandanı, general Hüseyn Səlami və başqa rəsmi şəxslər iştirak ediblər.

Qeyd olunub ki, İran körfəzin təhlükəsizliyinə xüsusi önəm verir. Bu səbəbdən İran Körfəzdə 100-dən çox hərbi gəmi və 200 pilotsuz uçuş aparatı yerləşdirib ki, bunlar da ölkənin sərhədlərini tam şəkildə qorumaq imkanına malikdir.

İran Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri bildirib ki, bu katerlər sürətlidir və uzaq hədəfləri vurmaq üçün silahlar, su altında əməliyyat aparmaq üçün ləvazimatlarla təchiz olunub. Onun sözlərinə görə, katerlər İranın müdafiə sənayesi tərəfindən hazırlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru